M.Ferstappen: Sürməkdən həzz almıram

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Portimaoda son sessiyada asfaltla ilişmə azaldığı üçün poulu əldən verib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Portuqaliyadakı sıralanma turunun son sessiyasındakı ilk cəhdində yaxşı dövrə vurub birinciliyi əldə etsə də, tras limitlərini aşdığı üçün nəticəsi ləğv olunub. 2 yaşlı pilot ikinci cəhdində zəif nəticə göstərərək, iki Mercedes pilotundan sonra üçüncülüklə barışmalı olub.

Maks Ferstappen: “Sıralanma turunda sürmək çox çətin idi. Asfaltla ilişmə zəif idi. Son sessiyadakı ilk dövrəm yaxşı olsa da, dördüncü döngədə trasdan çıxdım, ancaq əmin idim ki, yenidən sürətli dövrə vura biləcəm. Ancaq son sektorda önümdə bir bolid var idi. Bu gün asfaltla ilişmənin zəif olması və küləyə görə çox itirdim.

Mercedes-lə mübarizə aparmağa gücümüz var, amma vəziyyətimiz heç də yaxşı deyil. Yenə də yarışda onlarla mübarizə aparmağa çalışacağıq. Görək nə olur. Sanahkı yarışda onlarla mübarizə aparmağa çalışacağıq. Ümdi edirəm ki, vəziyyət stabilləşər. İndiyə qədər burada sürməkdən həzz ala bilmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*