F.Massa: “Alonso ən azı Şumaxer qədər güclüdür”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, mübarizə apardığı ən güclü pilot Fernando Alonso olub.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-cı ildə Şumaxerin, 2010-2013-cü illərdə isə Alonsonun komanda yoldaşı olmuşdu.

Felipe Massa: “Yarışdığım ən güclü sürücü Fernando idi. Şumaxerlə eyni səviyyədədir. Həmilton da eyni səviyyədədir. Daha sonra Fettel gəlir. O da güclü sürücüdür. Amma eyni səviyyədə deyil. Beşinci isə Maks Ferstappendir. Stabil olmasa da, istedadlı və sürətlidir.

Həmişə Ferrari fanı olacam və onların çempionluğunu istəyirəm. Çempionluq şansları olanda böyük təzyiq altına düşürlər və ən böyük problemləri budur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*