L.Sarcent: Zirvədə olmalıyam

Williams komandasının sürücüsü Loqan Sarcent bildirib ki, həmişə performansının zirvəsində olmalıdır.

F-1.az xatırladır ki, ameirkalı sürücü mövsümün ilk yarışı Bəhreyndə 12-ci olmuş və hamını təsirləndirmişdi. Lakin daha Avstraliyada Nik de Frizlə təmas yaşamış və Bakı, Mayamidə sıralanma turunda səhvlər etmişdi. Buna görə də istədiyi nəticələri qazana bilməmişdi. O, hazırda Nik de Frizlə birlikdə xal qazana bilməyən iki sürücüdən biridir.

Loqan Sarcent: “Formula1-də səviyyyə çox yüksək olduğu üçün kiçik səhvlər böyük itkilərə səbəb olur. Bundan böyük dərs aldım. Davamlı zirvədə olmalısınız. Yoxsa bunun cəzasını çəkərsiniz.

Bunu etmək asan deyil, amma hər gün ən yaxşı performansımı göstərməli və yaxşı nəticələr qazanmalıyam. Əsas stabil olmaqdır. Bəzən mümkünsüzü istədim və lazımından çox risk aldım. Məsələn, mövsüm ərzində ikinci sessiyaya qala biləcək gücdə idik. Bunun üçün var qüvvəmi ortaya qoydum. Əsas odur ki, yaxşı dövrə vuraq. Şəxsən sürətli olduğumu bilirəm. Əsas odur ki, yaxşı dövrəni bir yerə gətirəsən”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*