17 Dekabr 2018, Bazar ertəsi - 23:14

S.Sirotkin: “Trafikdə qaldım”

S.Sirotkin: “Trafikdə qaldım”

Müəllif: Rauf Hacıyev, redaktor

12:12 - 08 Aprel, 2018

Williams komandasının sürücüsü Sergey Sirotkin bildirib ki, bolid Melburndakından yaxşı işləyir.

F-1.az xatırladır ki, rusiyalı sürücü Bəhreyndə sıralanma turunda 18-ci olub və karyerasında ikinci Qran Pridə də növbəti sessiyaya qala bilməyib.

Sergey Sirotkin: “Məncə, daha yaxşı nəticə göstərə bilərdik. İlk dövrəm yaxşı idi. İkinci cəhdimdə isə trafikdə qaldım. Sürətli dövrəyə Sauber-in gerisində başladım. İlk cəhdimdən daha yaxşı nəticə göstərməyə yaxın idim. 0.2-0.3 saniyə sürətli ola bilərdim. Amma ikinci sessiyaya qalardıqmı, bilmirəm. Məncə, Avstraliya yarışına nisbətən güclüyük. Eyni səhvləri etmirik. Daha yaxşı işləyirik və bundan razıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər , , , ,
Paylaş

logo