Rəsmən: Həmilton Saxirdə yarışmayacaq

Formula1 üzrə yeddiqat Dünya Çempionu Lyuis Həmilton koronavirusa yoluxduğu üçün Saxir Qran Prisinə qatılmayacaq.

F-1.az bildiri ki, britaniyalı sürücünün testi pozitiv çıxıb və 35 yaşlı pilot özünü təcrid edib. Təcrübəli sürücünü kimin əvəzləyəcəyi hələ də bilinmir. Ancaq hazırda əsas namizədlər Stoffel Vandornla Niko Hülkenberqdir.

Mercedes bu barədə belə açıqlama verib: “Həmiltonun Covid 19 testi pozitiv çıxdığı üçün Saxir Qran Prisində iştirak etməyəcək. Lyuis keçən həftə üç test verdi və hamısı neqativ çıxdı. Sonuncusunu isə bazar günü nahardan sonra verilmişdi. Ancaq bazar ertəsi simptomlarla oyandı və məlum oldu ki, Bəhreyndə təmas etdiyi adamlardan birində test pozitiv çıxıb. Lyuis buna görə növbəti test verdi və pozitiv çıxdı. Lyuis indi özünü təcrid edir. Yumşaq simptomları saymasaq, yaxşıdır. Ümid edirik ki, tez sağalar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*