A.Elbon özünü şanslı hiss edir

Red Bull komandasının sürücüsü Aleksander Elbon bildirib ki, Peres mübarizəni dayandırdığı üçün çox şanslıdır.

F-1.az xatırladır ki, taylandlı sürücü yarışın sonlarına 4-cü yerdə girsə də, Peresin son dövrələrdə motorunun partlaması ilə üçüncü yerə yüksəlib.

Aleksander Elbon: “Serxio mübarizəni dayandırdığı üçün şanslı idim. Ancaq əla yarışdım. Cümə günü yaşadığım qəzadan sonra uşaqlar bolidi hazırlamaq üçün əla işlədi. Bu nəticəyə görə özümü yaxşı hiss edirəm. Buna görə sevincliyəm. Nəticə əhvalımı yüksəltdi. Son yarışlarda özümü yaxşı hiss etsəm də, nəticəyə əks etdirə bilmirdim.

Növbəti üç gündə istirahət edəcəm. Hovuza girəcəm, qolf oynayacam və yenidən yarışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*