Maranello simulyator şöbəsini gücləndirir

Yeni reqlament yeni problemləri üzə çıxarıb və qələbə üçün təkcə sürətin kifayət etmədiyini açıq şəkildə göstərib. Növbəti mövsümə hazırlıq çərçivəsində Ferrari-də yeni güc qurğusu yaradıldığını və mühərrik şöbəsinin yenidən qurulduğunu yazmışdıq.

Bundan başqa, əsas şöbələrin, o cümlədən Maranelloda simulyator üzərində işləyən mütəxəssislər qrupunun gücləndirilməsi qərara alınıb. Bunun üçün Mercedes-dən argentinalı sürücü Saşa Fenestraz dəvət olunub – o, simulyatorda test proqramında əsas rol oynamalıdır.

Trasda rəqabətədavamlılıq getdikcə daha çox riyazi modellərdən, simulyasiya proqramlarından və hesablama analizindən istifadə olunan gərgin işin nəticəsi olub. Ferrari-də əsas sürücülərə müxtəlif traslərdə və fərqli şəraitdə effektiv işləyən, proqnozlaşdırıla bilən, etibarlı və rəqabətədavamlı bolid təqdim etməyə çalışırlar.

,