F.Alonso: Ferrari planı dəyişib

Alpine komandasının sürücüsü bildirib ki, Ferrari bu il Fettellə yollarını ayırdıqdan sonra gözləntiləri azaldıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ferrari-ni tərk etdikdən sonra onu gənc Karlos Sayns əvəz edib. “Qırmızılar” 2007-ci ildən sonra ilk dəfə Dünya Çempionu olmayan iki sürücü ilə yarışır. İtaliya təmsilçisi 2022-ci ildəki yeni texniki reqlamentlə yenidən çempionluq uğrunda mübarizə aparmaq istəyir

Fernando Alonso: “Ferrari həm mənim, həm də Sebastyanın dövründə çempion olmağa hazır deyildi. İkimiz də əlimizdən gələni etdik və qalib gəlməyə yaxın idik, amma bacara bilmədik.

Artıq iş planını dəyişiblər. Gözləntiləri yüksək deyil. Gənc sürücü seçimlərindən bunu hiss etmək mümkündür. Artıq uzun müddətli işlərlə məşğuldurlar və gənc sürücü yetişdirmək istəyirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*