Rafael Kamara: “Mən xoşbəxtəm və bu anın dadını çıxarmağa çalışıram. Heç təsəvvürümə də gətirmirdim ki, mənim ilk Qran Prim məhz burada, Braziliyada, mövsümün, demək olar ki, sonunda baş tutacaq. Heç kim gözləmirdi ki, mən starta məhz burada, doğma trasda çıxacağam.
Mən bu maşının sükanı arxasına ilk dəfə keçəcəyəm, buna görə hər şeyi anlamalı, bütün mərhələlərdən keçməliyəm. Amma qarşıda məni üç məşq gözləyir – uyğunlaşmaq və özümü rahat hiss etmək üçün vaxt olacaq. Bu həftəsonu maşın barədə bacardığım qədər çox şey öyrənməyə, vəziyyətdən maksimum yararlanmağa çalışacağam.
Qalan yarışlarda çıxış edib-etməyəcəyəm? Bu məsələ həftəsonu başa çatdıqdan sonra müzakirə olunacaq”.





