Toto Volff: “Mexikodakı həftəsonu Kimi və komanda üçün xüsusi alınıb. Şəxsi hesabda titul qazanmaq inanılmaz nailiyyətdir, xüsusən də karyerasının bu mərhələsində, və o, buna tam layiqdir.
Aydındır ki, Corc məyusdur. O, özünə qarşı həddindən artıq tələbkardır, amma bu mövsüm yenidən yüksək ustalıq səviyyəsi nümayiş etdirib və bizim onda dəyərləndirdiyimiz keyfiyyətləri təsdiqləyib. Bəzən şərait onun xeyrinə formalaşmayıb, biz də ona yüksək nəticələr göstərməyə imkan verən bolidi hər zaman təqdim edə bilməmişik. Buna baxmayaraq, onun mübarizəni davam etdirməsi və komanda üçün işləməsi onun haqqında çox şey deyir.
Hazırda bütün diqqətimizi San Pauluya yönəltmişik. Bu mövsümə hər iki çempionatı qazanmaq niyyəti ilə başlamışıq və indi işi sona çatdırmaq lazımdır. Mühəndislər Kuboku qazanılması bütün komandanın – trasda, həmçinin Breklidə və Briksuortdakı bazalarda çalışan hər kəsin əməyinin nəticəsidir. Kuboku qazanmaq bizim üçün böyük əhəmiyyət daşıyır, amma hələ heç nə həll olunmayıb. İnterlaqosdakı həftəsonu həmişə çətin alınır, burada səhvə yer yoxdur. İlk sessiyadan etibarən ən yüksək səviyyədə çıxış etməliyik və bu il hər iki titulu qazanmaq üçün yarışda mümkün olan maksimum nəticəni əldə etməliyik”.





