T.Volff: Monako bizim üçün yaxşı yer deyil

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Monako yarışından yaxşı nəticə gözləmir.

F-1.az xatırladır ki, Mercedes son Barselona yarışında nisbətən yaxşı performans göstəib və Ümumilikdə 25 xal toplaya bilib. Növbədə Monako yarışı var və əksəriyyət düşünür ki, Monte Karlonun dar və yavaş döngələri Mercedes üçün uyğundur.

Toto Volff: “Keçən həftə həyəcanlı keçən İspaniya yarışı hamımıza ilham verdi. Barselonada komanda olaraq doğru yöndə addım atdıq. Corc podium qazanmaq üçün Red bull sürücüləri ilə mübarizə apardı. Lyuis də 19-cu yerdən 5-ci yerə qədər yüksəldi.

Monako trasında hər dövrə diqqətinizi toplamalısınız. Çətin trasdır. Burada əksər hallarda yaxşı nəticələr almadıq və yavaş döngələrdə zəifik. Amma bu il çox sürpriz baş verib. Əlimizə düşən fürsətləri dəyərləndirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*