23 Sentyabr 2019, Bazar ertəsi - 10:14

Cəza Ferstappeni qəzəbləndirib

Cəza Ferstappeni qəzəbləndirib

Müəllif: Rauf Hacıyev, redaktor

10:54 - 27 May, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bottasa çırpıldıqdan sonra aldığı 5 saniyə onu daha da hirsləndirib.

F-1.az xatırladır ki, iki sürücü pit-stop zamanı yan-yana gəlib və Maks rəqibi Bottasa təmas edib. Bu təmas nəticəsində finlandiyalı sürücünün təkəri partlayıb. İnsidenti araşdıran stüardlar hollandiyalı sürücüyə 5 saniyə cəza veriblər. Nəticədə Maks finişi ikinci yerdə keçsə də, cəzaya görə 4-cülüklə razılaşmalı olub.

Maks Ferstappen: “Məncə, komanda olaraq hər şeyi etdik. Sadəcə bəxtimiz gətirmədi. Bottasın yanımda olduğunu bilmirdim. Çünki məni yola saldılar və pit sahəsi dar idi. Təmas etdik və bu, utancvericidi. Amma onu görmədim. Bu hal məni daha da qəzəbləndirdi. Cəza barədə eşitdikdən sonra Lyuisə hücumlar etdim. Əvvəl yavaş sürürdü, ancaq mən hücum edəndən sonra o da tempini artırdı və təkərlərini məhv elədi. Onu ancaq bu yolla keçə bilərdim. Əyləncəli idi. Onu qabaqlamağa çalışırdım. Çünki rəqblərimlə ancaq bu yolla fərqi artıra bilərdim. Çünki onun təkərləri yeyilmişdi və mən daha sürətlə gedəcəkdim. Asfaltla ilişməsi itmişdi. Dördüncü olmaq utancvericidir. Lakin həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 105
Teqlər , , ,
Paylaş

logo