J.Vilnöv: “Ferstappeni həddən artıq şişirdirlər”

Həmişə sərt tənqidləri ilə seçilən 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv gənc Maks Ferstappeni növbəti dəfə sərt tənqid edib.

F-1.az xatırladır ki, Maks Ferstappen jurnalistlərin qəzaları ilə bağlı sualına “bir də bu barədə sual versəniz, sizə kəllə atacam” deyərək sərt cavab vermişdi.

Jak Vilnöv: “Jurnalistlərin işi doğru olanı yazmaqdır. Ferstappen o suallara 100 dəfə cavab versə də. Onun işi suallara cavab verməkdir. Ferstappen belə sərt reaksiyalar verməməlidir. İnkişaf edərkən səhvlərinizdən xəbərdar olmalısınız. Lakin o, bunları bilmir. Əksinə yekəbaşlıq edir. Hələ uşaqdır. Beşikdən birbaşa bolidə oturdu. Buna görə də Rikkardonun səviyyəsində deyil və bərbad görünür. Red Bull əgər onu gələcək üçün düşünürsə, komanda yoldaşını məğlub etməlidir. Hazırda isə hər şey tərsinə gedir. Onu həddən artıq şişirdirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*