16 Oktyabr 2019, Çərşənbə - 02:13

K.Sayns: “Ferstappen yeni Sennadırsa, bəs mən onu məğlub edəcəyim halda kim olacam?”

K.Sayns: “Ferstappen yeni Sennadırsa, bəs mən onu məğlub edəcəyim halda kim olacam?”

Müəllif: Rauf Hacıyev, redaktor

07:35 - 29 Yanvar, 2016

Karlos Sayns bildirib ki, onun əsas hədəfi Red Bull rəhbərliyinin rəğbətini qazanmaqdır…

F-1.az xatırladır ki, Karlos Sayns 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt edib. Debüt mövsümündə tez-tez mexaniki problemlər yaşasa da, ispaniyalı sürücü yeni mövsüm üçün iddialı danışıb: “Əsas hədəfim Red Bull rəhbərliyinin rəğbətini qazanmaqdır. Bunun üçün nə etməli olduğumu bilirəm. Məqsədim Red Bull-a gedib, Dünya Çempionu olmaqdır”.

İspaniyalı sürücü komanda yoldaşı Ferstappen haqqında da fikir bildirib: “Ferstappenin ötmə sayı mənim ötmə sayımdan cəmi 3 dənə artıq olub. Amma onun ötmələri televiziyada daha çox nümayiş etdirildi.

Televiziyada çox görsənməsəm də, arxa planda əla yarışdım. Komanda da bunu gördü. Telemetriya məlumatları yalan deməz.
İnsanlar Ferstappenə əfsanəvi sürücülərin adını verir. Yaxşı, Ferstappen yeni Sennadırsa, bəs mən onu məğlub edəcəyim halda mən kim olacağam?

Mətbuatda deyilənləri vecimə almıram. Horner, Marko, Alonso, Fettel mənim haqda pozitiv danışır. Ona görə də sakitəm, çünki insanlar mənim nəyə qadir olduğumu görürlər.

Bizdən sonra yeni sürücülər gəlir, ona görə də Toro Rosso da özümüzü yaxşı tərəfdən göstərməliyik. Üzərimdəki təyziq bir az da artacaq. Onsuz da 2014-cü ildən təyziq altındayam. Nəyi təkmilləşdirməli olduğumu yaxşı bilirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 437
Teqlər , , , , , , ,
Paylaş

logo