M.Ferstappen: Çox zəifik

Red Bull komandasının sürücüsü Maks Ferstappen RB16-nın çox yavaş olduğunu deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa ikinci yerdən başlasa da, Həmiltonun tempinə cavab verə bilməyib. Yarışın sonlarında isə Bottas 22 yaşlı sürücünü geridə qoyub və Ferstappen üçüncü yerə razı olub.

Maks Ferstappen: “Əlimdən gələni etdim, amma çox yavaşıq. Valtteri məni keçəndə əlimdən gələni etdim və işini çətinləşdirdim. Bu mübarizə çox əyləncəli idi. Podyuma yüksəlsək də, çox iş görməliyik.

Arxadakı rəqiblərlə fərq böyükdür və bunu görəndə şoka düşdüm. Çox iş görməliyik. Ancaq keçən həftə xalsız qaldıqdan sonra podiuma yüksəlmək əla oldu. Çempion olmaq istəyirik və bununçün yarışlar qazanmalıyıq. Görək nə edirik. Deyəsən düzlüklərdə itiririk. Həm bolidi, həm də mühərriyi təkmilləşdirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*