M.Ferstappen: “Gələn il podium görmək istəyirəm”

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen bildirib ki, 2017-ci ildə hər yarış podiumda olmaq istəyir...

F-1.az xatırladır ki, hollandiyalı sürücü Formula1-də ikinci mövsümünü keçirir, amma 18 yaşlı sürücü 2016-cı il mövsümünə istədiyi kimi başlaya bilməyib.

Ferstappen Avstraliya yarışına 5-ci yerdən başlasa da, sonda 10-cu yeri tutmuşdu. Hollandiyalı sürücü Bəhreyndə 6-cı, Çin yarışında isə problemlərə baxmayaraq, 8-ci yeri tuta bilmişdi.

Maks Ferstappen karyerasının əvvəlində demişdi ki, o, Toro Rosso-da iki il yarışdıqdan sonra daha güclü komandaya keçməyi planlaşdırır. Hollandiyalı sürücü Red Bull-da xoşbəxt olduğunu desə də, onun gələn il Ferrari-də Rəykköneni əvəz edəcəyi ilə bağlı söz-söhbətlər artır.

Maks Ferstappen: “Gələn il podiuma çıxmaq istəyirəm, amma indi builki mövsümə fokuslanmalıyam”.

Ferstappen böyük ehtimalla 2017-ci ildə komandasını dəyişəcək. Amma hollandiyalı sürücü Toro Rosso ilə bir il də yarışa biləcəyini deyir.

Ferstappen jurnalistlərin “podiumlar qazanmaq üçün komanda dəyişdirmək mütləqdir?” sualına belə cavab verib: “Bəlkə də. Bilmək olmaz. Mən hazırda builki mövsümə fokuslanmışam.

Gələcəyə nikbin baxıram. Buna görə də xoşbəxtəm və  əvvəlcə bu mövsümə, daha sonra isə gələn mövsümə fokuslanmaq istəyirəm. Yeni mövsümdə görək nə olacaq”.

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirmişdi ki, sürücülərin Formula1 Dünyasının başa düşməsi üçün 3 ilə ehtiyacları var. Tost Ferstappenin güclü komandaya transferi ilə bağlı bunları deyib: “Hələ bilmirəm. Bir də deyirəm. Bir sürücü Formula1-i anlamaq üçün 3 il yarışmalıdır. Əgər Maks başqa komandaya keçmək istəyirsə və buna hazırdırsa, özü bilər”.

Frants Tost bunu deyərkən əslində yarışdan kənar amilləri nəzərdə tutur. Ferstappen isə bildirib ki, hər sürücü karyerasının üçüncü mövsümündə podiumlar qazanmalıdır: “Debüt ilinizdə Formula1 bolidini sürməyi öyrənirsiniz.

İkinci ilinizdə daha yaxşı nəticələr almaq üçün, üçücü ilinizdə isə podium mübarizəsi aparmaq üçün yarışmaq lazımdır. Mən belə düşünürəm.

Mercedes-də olsaydıq, hazırda yarışlar qazanardıq.

Bolidi anlamağın bununla əlaqısi yoxdur. Çünki sürətli olmağın yollarını artıq bilirsiniz. Əgər sizin əlinizdə sürətli paket olsa, sürətli dövrələr vura bilərsiniz. Sadəcə olaraq, hazır olduğunuz zaman sürətli bolidiniz olmalıdır.

Bundan başqa, ilk mövsümdə çox şey öyrənirik. Öyrənmək üçün ən vacib karyeranızın birinci mövsümüdür.

Sonra isə xırda addımlar atırsınız. Hər mövsüm yeni şeylər öyrənirsiniz. Censon Batton belə hələ də öyrənir.

Amma ən vacibi ilk mövsümdür”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*