K.Sayns: Mübarizə apara bilməzdik

F-1.az xəbər verir ki, Ferrari komandasının sürücüsü Karlos Sayns onun və komandasının bu il Formula1-də qələbə üçün Red Bull ilə yarışmaq şanslarının olmadığını hesab edir.

Karlos Sayns: “Aydındır ki, bu il titul uğrunda mübarizə aparmaq imkanımız yox idi, çünki Ferstappendən çox uzaqda idim. Söhbət onun çıxışlarının səviyyəsindən gedir, Red Bull-un imkanları ilə birləşdikdə daha da sürətli olurdu – həm maşın, həm də sürücü ideal idi.

Onlarla mübarizə aparmaq üçün gələn il mükəmməl olmalıyıq. Əsas məsələ kimi maşını təkmilləşdirməli olacağıq. Mən xüsusilə mövsümün ilk yarısındakı və yarışlardakı çıxışımı inkişaf etdirməliyəm. Özüm və komandam üçün yüksək hədəflər qoymalıyam və onlara çatmağa çalışmalıyam. Həyatın gələn il nə gətirəcəyini görəcəyik…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*