C.Klia: “Ferrari-dəki çempionluq ən böyük uğurum olacaq”

Ferrari komandasının baş mühəndisi Cok Klia bildirib ki, əgər Ferrari ilə Dünya Çempionu titulunu qazansa, karyerasındakı ən böyük uğur olacaq. Qeyd edək ki, Cok Klia daha əvvəl Jak Vilnöv və Lyuis Həmilton ilə Dünya Çempionu titullarını qazanıb.

F-1.az xatırladır ki, Cok Klia Ferrari komandasına 2016-cı ildə qoşulub, amma britaniyalı mühəndis Ferrari-yə gəlməmişdən əvvəl Mercedes AMG komandasında işləyib.

Cok Klia: “Biz inkişaf edən komandayıq və əminik ki, bu inkişaf bizə çempionluq gətirəcək və qazanacağımız çempionluq bizi irəliyə aparacaq. Bu vəziyyət hamımıza aiddir.

Mən bura komandanın çempion olması üçün nəyə ehtiyacları olduğunu demək üçün gəlməmişəm. Mən əvvəl çempion olmuş komandalarda işləmişəm və bilirəm ki, bu artıq yetərli deyil.

Ferrari komandası mən gəlməmişdən əvvəl də çox işləyirdi və mən də əlimdən gələni etməliyəm. Mən bolidi rəqabətədavamlı etmək üçün məsləhətlər verməliyəm.

Ceyms Əllison əlindən gələni edir ki, komanda da yüksək motivasiya yaratsın. Komanda müsbət aura var və buada özümü gərgin hiss etmirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*