K.Sayns: Balans istədiyim kimi deyildi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ikinci sessiyada bolidin balansını tapa bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ölkəsindəki cümə sərbəst yürüşlərini 8-ci yerdə bağlayıb.

Karlos Sayns: “Bizim üçün cəsarətverici gün idi. Birinci sessiyadan etibarən trasda yaxşı asfaltla ilişmə var idi. Bu da balansı artırmağımıza kömək elədi. Həm Şarl, həm də mən boliddən razı idik. Lakin ikinci sessiyada bolidin balansı xoşuma gəlmədi. Şarla nisbətən çətinlik çəkdim. O, son sesktorda sürətli idi və rekord qırdı. Bu isə yaxşı haldır, çünki düzlük azdır və döngə çoxdur. Ümid edirəm ki, sıralanma turu bizim üçün yaxşı keçər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*