Barselona, 09.03.2017

Artıq mövsümöncəsi testlərin sonuna bir gün qalıb və bu gün yeddi sürücü - Sebastyan Fettel, Daniel Rikkardo, Daniil Kvyat, Stoffel Vandorn, Esteban Okon, Kevin Maqnussen və Paskal Verlyayn testlərdəki iştiraklarını yekunlaşdırıblar. Onlar bir də Melburnda sükan arxasına keçəcəklər.

F-1.az xəbər verir ki, Verlyayn və Vandorn istisna olmaqla, adı çəkilənn sürücülərdən yerdə qalan beşi xeyli məsafə qət ediblər və üzərlərinə düşən proqramı demək olar ki, tamamlaya biliblər. Səhər sessiyası iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Bunun səbəbi hər iki halda Vandornun maşınında elektron sistemdəki problemlər olub.

 

Nahardan sonra da sessiya iki dəfə saxlanılıb. Əvvəlcə Daniil Kvyatın maşını beşinci döngədə, daha sonra isə Colion Palmerin maşını onuncu döngədə dayanıb. Kvyat daha sonra trasa qayıtsa da, Palmer üçün test günü başa çatıb.

Ən çox dövrəni Sebastyan Fettel vurub. Alman sürücü həm də səhər UltraSoft təkərlərlə ilk yeddi günün ən yaxşı nəticəsini göstərib – 1:19.024.

Barselonada keçirilən mövsümöncəsi testlər sabah yekunlaşacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 5 Sebastyan Fettel Ferrari 1:19.024 156 UltraSoft
2 44 Lyuis Həmilton Mercedes AMG 1:19.352 + 0:00.328 52 UltraSoft
3 31 Esteban Okon Force İndia 1:20.161 + 0:01.137 137 UltraSoft
4 26 Daniil Kvyat Toro Rosso 1:20.416 + 0:01.392 94 SuperSoft
5 20 Kevin Maqnussen Haas 1:20.504 + 0:01.480 119 UltraSoft
6 3 Daniel Rikkardo Red Bull Racing 1:20.824 + 0:01.800 128 Soft
7 2 Stoffel Vandorn McLaren 1:21.348 + 0:02.324 48 UltraSoft
8 77 Valtteri Bottas Mercedes AMG 1:21.819 + 0:02.795 95 Soft
9 94 Paskal Verlyayn Sauber 1:22.347 + 0:03.323 44 UltraSoft
10 30 Colion Palmer Renault 1:22.418 + 0:03.394 53 Soft
11 9 Markus Eriksson Sauber 1:23.330 + 0:04.306 88 Soft
12 19 Felipe Massa Williams 1:24.443 + 0:05.419 80 Medium
13 18 Ləns Stroll Williams 1:24.863 + 0:05.839 85 Soft
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*