Əyani surətdə: Havavurucu ox necə işləyir?

Corcio Piolanın Kataloniya trasında pit-leyndə çəkdiyi uğurlu kadr populyar texniki həllin iş prinsipini əyani nümayiş etdirir.

Yarış texnikasının konstruktiv özəllikləri məsələlərinə həsr edilmiş materiallarında biz tez-tez oxucularımızdan kiməsə yəqin ki, mürəkkəb və müəmmalı görünən müxtəlif terminlərdən istifadə etməli oluruq.

Onların sırasına “havavurucu” ox da daxildir – ön təkərin, havanın əyləc mexanizmlərinin yerləşdiyi iç hissəsindən keçə bilib, çölə çıxacağı içiboş ox belə adlanır.

F1-in bu qərarı illərdir ki, var, amma qışda onun 2017-ci il reqlamenti çərçivəsində tələbatsız qalacağı ilə bağlı ehtimallar səsləndirildi. Lakin Red Bull, Ferrari, Williams, Toro Rosso və Haas-ın mühəndislər qərargahında başqa fikirdə idilər.

Fotoda görünür ki, mexanik Red Bull RB13-ün ön əyləcinin havauducusunu xüsusi fenlə qızdırır. Təkərin çöl tərəfindən isə artıq isti hava çıxır (oxla göstərilib).

Əlbəttə ki, maşın hərəkət etdiyi zaman mənzərə azacıq daha mürəkkəb olur – “havavurucu” oxdan keçən axın daha artıq sürətə malikdir. O, 2007-2009-cu illərdə F1-də istifadə olunmuş o qapaq-halqabəndlərə bənzər özünəməxsus “qalxan” rolunu yerinə yetirərək təkərin yanından axıb keçən hava ilə qarşılıqlı təsirə girir. “Havavurucu” oxdan istifadə çarpaz axınların qabaq təkərdən yana keçməklə yenidən istiqamətləndirilməsi hissəsində ön qanadın vəzifəsini sadələşdirməyə imkan verir.

Mənbə: Giorgio Piola, Afgan Haji,
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*