R.Braun: “Fettel ilə Şumaxeri müqayisə etmək doğru deyil”

Ferrari komandasının sabiq rəhbəri Ross Braun bildirib ki, Fettel Ferrari-də düzgün atmosfer yaratmağa çalışır.

F-1.az xatırladır ki, Ferrari keçən mövsüm Fettellə 3 qələbə qazanmış və Mühəndislər çempionatında ikinci olmuşdu. Amma “qırmızılar” bu mövsüm 19 yarışda hələ də qalib gələ bilməyiblər və çempionatında ikinciliyə əldən veriblər.

Bəzi məlumatlara görə isə, Fettel Ferrari-də xoşbəxt deyil.

Ross Braun: “Son bir neçə il Ferrari üçün asan keçmədi. Amma onlar üçün ən önəmli şey stabil olmaqdır. Komandanın doğru insanlara, doğru dəstəyə və doğru fəlsəfəyə ehtiyacı var. Ferrari-də gözləntilərə görə həmişə təzyiq olub və mühəndislər daha yaxşı işləmək üçün fərqli yollar axtarmalıdırlar.

Ferrari-dəki günlərimi xatırlayıram – masanın üzərində çoxlu avadanlıqlar olardı. Ferrari dünya səviyyəli markadır və gözləntilər böyükdür”.

Ross Braun bildirib ki, Fettellə Şumaxeri müqayisə etmək doğru deyil: “Onu Mixaellə müqayisə etmək doğru deyil. Sebastyan güclü sürücüdür və ağıllı insandır. Ferrari-yə gedəndə Mixael kimi düşündü və insanları o düşüncə ilə yönləndirmək istədi.

Son yarışlarda onu bir az narahat görürəm, amma mətbuat qarşısında komandasını tənqid etmir. Əminəm ki, Sebastyan komandada doğru ab-hava yaradır.

Gələn il çox maraqlı olacaq. Yeni qaydalar hamı üçün yeni fürsətlər deməkdir.

Fettel üçün vəziyyət pis ola bilər, amma ora gedəndə bütün bunlarla rastlaşacağını bilirdi. Qazandığı uğurlardan sonra yeni mübarizə istədi və bu fürsət əlinə düşdü”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*