Ş.Lekler: Əla işlədik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunda hər şeyi bir araya gətirə bilib.

F-1.az xatırladır ki, monakolu sürücü son sessiyadakı ilk cəhdində yerində fırlansa da, ikinci cəhdində mükəmməl dövrə vuraraq, builki 4-cü poulunu əldə edib.

Şarl Lekler: “Özümü yaxşı hiss edirəm. Doğrudan da çox çətin sessiya oldu. Son anlar çox çətin idi, çünki ilk cəhdimdə yerimdə fırlanmışdım. Bir cəhdim qalmışdı və hər şey yaxşı getdi.

Son dövrəmdə problemlər yaşasam da, hər şeyi bir araya gətirdim. Poul qazandım və xoşbəxtəm.

Yarışda təkərlərə yaxşı nəzarət etməliyik yoxsa işimiz çətin olacaq. Əlimizdən gələni edəcəyik. Maksı saxlamaq üçün komanda olaraq yaxşı işləməliyik. Ümid edirəm ki, sabah Karlosla ilk iki yeri tutarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*