F.Briatore: Ferrari maaşları kəsməlidir

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ferrari hər iki sürücüsünə pul cəzası verməlidir.

F-1.az xatırladır ki, Şarl Lekler sonuncu Ştiriya Qran Prisinin startında komanda yoldaşı Sebastyan Fettelə hücum edərkən almaniyalı sürücünün arxa qanadını sındırmış və nəticədə hər iki sürücü də mübarizəni dayandırmışdı.

Flavio Briatore: “Səhv Leklerdə idi, çünki orada hücum etməməli idi. Fettel nə etdiyini bilirdi. Sebastyan onun belə hücum edəcəyini düşünmədi. 300 metrdən sonra belə qəzanın olması biabırçılıqdır. Mühəndislərə, mexaniklərə və Ferrari-nin hər bir işçisinə hörmət etmək lazımdır.

Belə yerdə risk etmək olmaz, çünki maşınlar sürücülərin yox, komandanındır. Onların hər ikisinə də pul cəzası verilməlidir. Maaşlarının 5-10 faizini kəsmək lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*