Kanada-2022: Yarış

Çempionat 3 illik fasilədən sonra Amerika qitəsinin ən şimalındakı ölkəyə yollanıb. Son yarışların ulduzu Maks Ferstappen Avropaya böyük xal fərqi ilə qayıtmaq üçün əl şans əldə edib.

F-1.az xatırladır ki, cümə günü keçirilən məşqlərdə Maks Ferstappen hamıdan sürətli olub, dünən yağışda baş tutan son məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib. Sıralanma turunda da məhz bu iki sürücü ön plana çıxıb, Maks mövsümdə ikinci pouluna sevinib.

Pirelli Bakıya olduğu kimi, Monreala da ən yumşaq tərkibləri – C3, C4, və C5 təkərlərini gətirib. Bottas, Peres, Norris, Stroll və Lekler, sərt, qalan sürücülər isə Medium təkərlərlə start alıblar.

Yarışa Ferstappen və Alonso ilk, Sayns və Həmilton ikinci, Maqnussen və Şumaxer isə üçüncü cərgədən başlayıblar.

Ferstappen startda liderliyini qoruyub, Maqnussen Həmiltonla təkər-təkərə mübarizəyə girsə də, önə keçə bilməyib. Okon və Rassell Şumaxeri geridə qoyub, Lekler və Tsunoda isə Latifini qabaqlayıb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Alonso – Sayns – Həmilton – Maqnussen – Okon – Rassell – Şumaxer – Rikkardo – Çjou.

Sayns ikinci yer uğrunda mübarizədə Alonsonu məğlub edib. Rassell də Manusseni ötərək ilk beşliyə yüksəlib. Çjou Rikkardonu keçib, Fettel və Qasli 6-cı dövrədə erkən pit-stop ediblər. Maqnussenə Lyuis ilə mübarizədə ön qanadı zədələndiyi üçün qara-narıncı bayraq göstərilib. O, pit yoluna üz tutub və maşının burun hissəsi dəyişdirilib.

Peres 8-ci dövrədə ötürmələr qutusu sıradan çıxdığı üçün mübarizəni dayandırıb. Maşının təxliyəsi üçün VTM rejimi elan edilib. Ferstappen, Həmilton, Tsunoda və Latifi dərhal təkərlərini dəyişiblər, Sayns liderliyə yüksəlib. Maks üçüncü, Lyuis isə altıncı yerdə trasa qayıdıb. Restart 3 dövrə sonra verilib. Həmilton bir dövrə sonra Okonu geridə qoyub. Lekler isə Norrisi üstələyib. Ferstappen 15-ci dövrədə Alonsonu keçib. Elbon da 18-ci dövrədə Bottas və Leklerdən geri qalıb.

MGU-K probleminə görə Şumaxer də mübarizəni dayandırmalı olub və maşını təhlükəsizlik zonasında saxlayıb. VTM rejimi yenidən elan edilib və Rassell, Okon, Çjou, Rikkardo, Norris və Fettel təkərlərini dəyişiblər. Landonun təkərləri hazır olmadığı üçün pit-stopda xeyli vaxt itirib. Sayns da bir dövrə spnra yeni təkərlərə keçib. Mübarizə 21-ci dövrədə davam edib, Lekler Bottası qabaqlayaraq 7-ci yerə çatıb, Sayns da dərhal Alonsonu keçib.

Trasda xeyli vaxt itirən Alonso nəhayət, 29-cu dövrədə pit yoluna üz tutub. Lekler Okonu keçmək üçün xeyli cəhd edib, lakin təzə təkərlərlə olan Esteban döngə çıxışlarında daha yaxşı sürətləndiyi üçün buna imkan verməyib. Qasli 37-ci dövrədə pit-stop edib. Latifinin isə ön sağ təkərinin bərkidilməsində problem yaşanıb.

Lekler pit-stop edib və trasa 12-ci qayıdıb – arxa sol təkəri gec bərkidildiyi üçün vaxt itirib. Ferstappen və Norris bir dövrə sonra növbəti dəfə təkərlərini dəyişiblər. Maks Lyuisin arxasında qayıtsa da, onu dərhal keçib, britaniyalı sürücü də bir dövrə sonra pitə yollanıb. Lekler Rikkardo və Tsunodanı da keçərək yenidən ilk onluğa qayıdıb. Rassell 46-cı dövrədə yeni təkərə keçib, Lekler Çjonu da üstələyib. Stroll və Tsunoda pit-stop ediblər.

Tsunoda pit yolundan çıxarkən təkərləri bloklayıb və qəza edib. Təhlükəsizlik Maşını trasa çıxıb. Sayns, Elbon, Okon, Alonso, Bottas, Çjou və Rikkardo pit-stopa çağrılıblar. 50-ci dövrədə ilk onluq: Ferstappen – Sayns – Həmilton – Rassell – Okon – Alonso – Lekler – Bottas – Fettel – Çjou.

Restart 54-cü dövrədə verilib, hamı mövqeyini qoruyub. Üç dövrə sonra Çjou Fetteli, Rikkardo isə Strollu geridə qoyub. Bir dövrə sonra Qaslinin Maqnussenə, Rikkardonun Fettelə, Leklerin isə Alonsoya hücumu uğurla nəticələnib. Fettel Strolldan da geri qalıb, Lekler də Okonu üstələyərək yüskəlişini davam etdirib. Saynsın Ferstappenə hücum cəhdləri heç bir nəticə verməyib, niderlandlı sürücü liderliyini ustalıqla qoruyub. Rikkardo son dövrələrdə əyləc nasazlığı ilə qarşılaşdığı üçün Strolla keçilib.

Maks Ferstappen mövsümdə altıncı, karyerasında isə 26-cı qələbəsini əldə edib və çempionatda rəqiblərindən daha da uzaqlaşıb. Podiumda ikinci pilləyə Karlos Sayns, üçüncü pilləyə isə xeyli fasilədən sonra Lyuis Həmilton yüksəlib.

Çempionat iki həftə sonra Formula1-in beşiyində – Silverstounda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:36:21.757 2
2 55 Karlos Sayns Ferrari + 0:00.993 2
3 44 Lyuis Həmilton Mercedes + 0:07.006 2
4 63 Corc Rassell Mercedes + 0:12.313 2
5 16 Şarl Lekler Ferrari + 0:15.168 1
6 31 Esteban Okon Alpine + 0:23.890 2
7 77 Valtteri Bottas Alfa Romeo + 0:25.247 1
8 24 Quanyu Çjou Alfa Romeo + 0:26.952 2
9 14 Fernando Alonso ** Alpine + 0:29.945 2
10 18 Ləns Stroll Aston Martin + 0:38.222 1
11 3 Daniel Rikkardo McLaren + 0:43.047 2
12 5 Sebastyan Fettel Aston Martin + 0:44.245 2
13 23 Aleksander Elbon Williams + 0:44.893 2
14 10 Pyer Qasli AlphaTauri + 0:45.183 2
15 4 Lando Norris McLaren + 0:52.145 2
16 6 Nikolas Latifi Williams + 0:59.978 2
17 20 Kevin Maqnussen Haas + 1:08.180 1

 

*  – Lando Norris pit yolunda sürət həddini aşdığı üçün nəticəsinə 5 saniyə əlavə edilib.

**  – Fernando Alonso Valtteri Bottasa qarşı müdafiə olunan zaman dəfələrlə mövqe dəyişdirdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Karlos Sayns (Ferrari) – 1:15.749 (63-cü dövrə, 207.258 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Yuki Tsunoda AlphaTauri 48 qəza
Mik Şumaxer Haas 19 mexaniki problem
Serxio Peres Red Bull 8 ötürmələr qutusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 175
2 11 Serxio Peres Red Bull Racing 129
3 16 Şarl Lekler Scuderia Ferrari 126
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 111
5 55 Karlos Sayns Scuderia Ferrari 102
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 77
7 4 Lando Norris McLaren Racing 50
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
9 31 Esteban Okon Alpine F1 Team 39
10 14 Fernando Alonso Alpine F1 Team 18
11 10 Pyer Qasli Scuderia AlphaTauri 16
12 20 Kevin Maqnussen Haas F1 Team 15
13 3 Daniel Rikkardo McLaren Racing 15
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 13
15 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
17 23 Aleksander Elbon Williams Racing 3
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 304
2 Scuderia Ferrari Ferrari 228
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 188
4 McLaren F1 Team Mercedes 65
5 Alpine F1 Team Renault 57
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
7 Scuderia AlphaTauri Red Bull 27
8 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 16
9 Haas F1 Team Ferrari 15
10  Williams Racing Mercedes 3

 

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*