2011-ci ildən Pirelli Formula1 üçün eksklüziv təkər təchizatçısı olub. Müqavilə 2023-cü ildə 2025-2027-ci illər mövsümlərini əhatə edən dövr üçün uzadılıb, ötən ilin iyulunda isə FİA daha bir mövsüm üçün opsiondan istifadə edib. Beləliklə, 2028-ci ilin sonunadək Formula1 Pirelli təkərlərindən istifadə edəcək.
Məsələ ondadır ki, daha sonra nə olacaq? Müqavilə yalnız təkər təchizatını deyil, həm də sponsorluq töhfəsini nəzərdə tutur. Təchizatçı FİA-nın elan etdiyi tender vasitəsilə müəyyən edilir, ötən dəfə Pirelli-nin təklifi daha inandırıcı görünüb, lakin Bridgestone da müraciət edib.
Gözlənilir ki, FİA növbəti tenderi 2027-ci ildə elan edəcək. RacingNews365-in məlumatına görə, şirkət daha güclü texnoloji, biznes və kommersiya təklifi ilə qayıdışa hazırlaşır.
Deyilənlərə görə, tenderdə Bridgestone-dan fərqli olaraq, daha əvvəl Formula1 üçün təkər təchiz etməmiş Hankook şirkəti də iştirak edəcək.





