Lando Norris: Yarışda bütün fürsətlərdən istifadə etdik

McLaren komandası Ostində hər iki maşınla xal qazanıb: Lando Norris beşinci, Oskar Piastri isə yeddinci yeri tutub. Finişdən sonra qüvvədə olan dünya çempionu bildirib ki, Amerikanın trası maşının zəif tərəflərini üzə çıxarıb və yarışda daha yüksək nəticəyə ümid etmək çətin olub.

Lando Norris: “Hard təkərlərdə tempim yüksək idi, amma problem onda idi ki, ideal halda lazım olandan daha çox hücum etməli olurdum. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni etdim və virtual və ya real təhlükəsizlik maşınına ümid edirdim. Bütün imkanlardan istifadə etdik, hərçənd finişə yaxın bu, artıq o qədər də nəzərə çarpmırdı və yarışın ortasında təkərlərdən maksimumu almaq cəhdlərimin əvəzini ödəməli oldum.

Beşinci yer bu gün ümid edə biləcəyimiz ən yaxşı nəticə idi. Yarışımdan razıyam və düşünürəm ki, bütün imkanlardan istifadə etdim. Sadəcə, sürpriz etmək və ya yuxarı sıralara yüksəlmək üçün sürətimiz çatmırdı. Əslində, yarışın sonunda tempim ilk on dövrədən sonrakı ilə eyni idi – açıq şəkildə artırmalı olduğumuz məqamlar var.

Bu mövsüm kifayət qədər yarış oldu ki, orada yaxşı göründük və əla iş gördük. Bolidi hansı məqamlarda təkmilləşdirməli olduğumuzu az-çox başa düşürük. Ostində yavaş 12-ci, 13-cü və 15-ci döngəlarda hər dövrədə demək olar ki, üç onluq itirirdik. Bu, kifayət qədər ciddi itkidir və üstəlik, sabit itkidir.

Müəyyən sahələrdə artırmalıyıq və əgər bunu bacarsaq, onda yaxşı nəticələr uğrunda mübarizə apara bilərik. Amma irəliləyiş əldə etmək göründüyündən daha çətindir. İşləməyə davam edəcəyik və addım-addım irəliləyəcəyik”.