L.Norris: Lyuis ruhsuz pilotdur

McLaren komandasının gənc sürücüsü Lando Norris bildirib ki, Ferstappen altıqat Dünya Çempionu Həmiltondan daha yaxşıdır.

F-1.az xatırladır ki, Lyuis Həmilton bir titul da qazansa, bu statistikada əfsanəvi Mixael Şumaxerə çatacaq. Ferstappen isə beşillik karyerasında 7 yarış qazanıb.

Lando Norris: “Maks Lyuisə nisbətən daha yarışçı ruhludur. Maks qələbələri gözəl ötmələrlə əldə edir. Lyuis isə güclü rəqiblərə qarşı yaxşı mövsümlər keçirib. Sıralanma performansı çox güclüdür. Yarışda da əla işləyir. Ancaq mükəmməl ötmələr etmir, çünki həmişə öndədir.

Hər ikisinin də güclü tərəfləri var. Ancaq bunlar fərqli sahələrdir. Bu il təkər-təkərə mübarizə aparsalar, gözəl olar. Mercedes-in qələbəsindən bezib Formula1-ə baxmayanlar var. Ümid edirəm ki, bu il belə olmaz. Mercedes sükan üzərində belə çox işləyir. Dəlisov yenilikləri olur və bunların önündə baş əymək lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*