D.Rikkardo: Son 6 ay çətin idi

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, mövsümün ilk yarısı onun üçün asan keçməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü mövsümün birinci yarışında bütün statistikalarda komanda yoldaşı norrisə uduzub.

Daniel Rikkardo: “Son altı ay istədiyim kimi keçmədi. Buna görə də tətil vaxtında başladı. Amma mövsüm yaxşı keçsə belə, bu tətilə ehtiyac olacaqdı.

Formula1-də qrafikimiz çox gərgindir. Həftəsonları otellərin önlərində belə azarkeşlər sizi gözləyirlər. Buna görə də bir neçə həftəlik də olsa, traslardan uzaqlaşmaq əla oldu. İkihəftəlik fasilədən sonra tətildən bezəcəm və işə qayıtmaq istəyəcəm. İstirahət vaxtı isə dostlarımla görüşüb əylənəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*