14 Dekabr 2018, Cümə - 00:10

K.Horner: “Rikkardo fantastik yarışdı”

K.Horner: “Rikkardo fantastik yarışdı”

Müəllif: Rauf Hacıyev, redaktor

19:42 - 18 Aprel, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner komandasının Çindəki güclü performansından sonra bildirib ki, onlar hazırda ən güclü ikinci komanda olmaq yolunda Ferrari-nin əsas rəqibidirlər.

F-1.az xatırladır ki, Red Bull komandası Çində Mercedes-in ən yaxın rəqibi kimi görünüb: Daniel Rikkardo sıralanma turunda Rosberqdən sonra ikinci olmuşdu, Kvyat isə yarışda Rosberq və Fetteldən sonra üçüncü yeri tutmuşdu.

Rikkardo yarışın ulduzlarında biri olub. Avstraliyalı sürücünün ilk dövrələrdə təkəri parltasa da, sonda dördüncü yeri tuta bilib.

Kristian Horner: “Mercedes hələ də bir az qabaqdadır, amma biz Ferrari-yə çox yaxınıq. Hər iki bolidimiz də onlardan birini məğlub etdi və Sebastyan bizdən çox uzaqda deyildi.

Rikkardonun təkəri partlamasaydı, o daha yaxşı nəticə ala bilərdi. Doğrudan da, əla həftəsonu oldu və Ferrari-dən cəmi bir xal az topladıq. Biz burada belə nəticə alacağımızı gözləmirdik.

Müsbət məqamlar çoxdur və nə edəcəyimizi bildiyimiz üçün gələn yarışlarda onlara daha da yaxın olacayıq”.

Horner qətiliklə düşünür ki, əgər Rikkardonun təkəri partlamasaydı, o, ikinci yeri tutardı və əlavə edib ki, avstraliyalının yarışdakı geridönüşü fantastik idi: “Heyif oldu. Yaxşı start almışdı. Önü açıq idi və deyəsən, trasdakı qırıntılardan biri onun təkərini partlatdı.

Amma bəxti gətirdi ki, bu hadisə üçüncü sektorun sonunda oldu. Daha sonra təhlükəsizlik avtomobilinin girməsi bütün planları alt-üst etdi.

Təhlükəsizlik avtomobilindən sonra 18-ci yerdə idi, amma yenə də geridönüş edə bildi. Rəykköneni və Həmiltonu trasda keçə bildi. Bu fantastika idi.

İkinci ola bilərdi. İnanmıram ki, qələbə qazana bilərdi, amma trasdakı ən sürətli ikinci avtomobil idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 348
Teqlər , , , , , ,
Paylaş

logo