M.Ferstappen: Həmilton boşluq qoymadı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmilton ona yer qoymayıb.

 

F-1.az xatırladır ki, niderlandlı sürücü restartdan sonra Həmiltona hücum edərkən, iki sürücü təmas yaşayıb. Nətivcədə Maksın ön qanadı qırılıb və stüardlar gənc pilota 5 saniyə zaman cəzası veriblər.

Maks Ferstappen: “Yanına gələndə hiss etdim ki, mənə boşluq buraxmayacaq. Boşluq olmasa, təmas yaşanar. Fikirləşdim ki, keçən il olanları unudub yarışarıq. Lakin onun buraxmaq niyyəti sıfır idi.

Beş saniyə cəza alanda çox təəccübləndim. Lakin yenə olsa, yenə hücumu edərdim. Lakin bu təmas heç nəyi dəyişməyəcəkdi. Onsuz da yarışı qazana bilməyəcəkdim.

Daha sonra qanadım zədələndi, amma həftəsonu ərzində zəif idik. Əlimdən heç nə gəlmirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*