M.Ferstappen hələ də məyusdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen Monakoda podiumu əldən verdiyi üçün hələ də məyusdur.

F-1.az xatırladır ki, Red Bull komandası Monakoda Ferstappeni daha tez pitə çağırmış, lakin hollandiyalı sürücü pit çıxışında Karlos Saynsın arxasında vaxt itirmişdi. Bunun nəticəsində daha gec pitə girən Rikkardo bu mövsümdə 2-ci podiumunu qazanmışdı.

Yarışdan sonra açıqlama verən komandanın rəhbəri Kristian Horner bildirmişdi ki, Ferstappenlə danışıb və hər şey qaydasındadır. Lakin 19 yaşlı sürücü bu fikirlərlə razı deyil: “Təbii ki, bu vəziyyətdən razı deyiləm. Amma düzünü danışsaq, bunu dəyişdirə bilmirik. Monakodan sonra yarış barədə çox düşünmədim. Həmişəki kimi işimlə məşğul oldum. Dostlarımla və ailəmlə vaxt keçirdim. İndi önümüzdə yeni bir yarış var və orada daha yaxşı olmağa çalışacağıq.

Trasda qalıb və ya qalmamağı mənim bilməyim çox çətindir. Çünki arxamda nələr baş verdiyini, kimin pitə girdiyini bilmirəm. Mən ancaq komandanın əmrlərini dinləyirəm. Bu barədə çox düşünmək istəmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*