Rikkardo və Ferstappeni fərqləndirən nədir?

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Rikkardo hazırda Ferstappendən güclüdür.

F-1.az xatırladır ki, hər iki sürücünün sürüş tərzi bir-birinə ziddir. Rikkardo daha təmkinli olduğu halda, Ferstappen aqressiv hücumları ilə yadda qalır.

Ədrian Nyui: “Nə deyə bilərəm? Bu suala cavab verə bilmərəm. Amma hər ikisi də bir-birindən fərqlənir. Hər ikisi də boliddən fərqli şeylər tələb edir. Şassini yığanda ikisinin də istəklərini nəzərə almalıyıq. Sürüş stilləri fərqlidir. Daniel çox qüsursuz və sakitdir. Demək olar ki, səhv etmir. Lazım olanda mükəmməl sürür.

Maks isə aqressivdir və sərt hücumlar edir. O, çox gəncdir və illər keçdikcə təcrübəsi artacaq. Onu izləmək maraqlıdır. Bəzən səhvlər etsə də, onlardan qurtulacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*