M.Ferstappen: Bu trasda poul qazanmaq inanılmazdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, İmola kimi trasda poul aldığı üçün sevinclidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü İmolada qırmızı bayraqların köməyi ilə builki ilk poulunu əldə edib.

Maks Ferstappen: “Bu gün yağış yağarkən sürmək çətin idi. Hava şəraiti davamlı dəyişirdi. Sessiyanın əvvəlində tras quru olsa da, yenidən yağış başladı. Bolid sürüşürdü və təkərləri qızdırmaq çətin idi. Ancaq sonda poul qazandığım üçün sevincliyəm. Bu tras möhtəşəmdir. Xırda səhvinizdə belə sizi bağışlamır. Divara çırpıla bilirsiniz. Belə olan halda sürmək çətinləşir, lakin buranı sevirik. Bu gün poul qazandığım üçün sevincliyəm.

Sabah və bazar günü hava şəraiti fərqli olacaq. Buna baxmayaraq, həftəsonuna yaxşı başladıq. İlk yarışlar istədiyimiz kimi getməsə də, indi yaxşı həftəsonu keçirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*