K.Horner: Çempionluğu Mateşiçə həsr edirik

Red Bull komandaının rəhbəri Kristian Horner Mühəndislər Kubokunu Stefano Domenikalidən alıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” doqquzillik aradan sonra yenidən Dünya Çempionu titulunu qazanmışdılar.

Kristian Horner: “Bizim üçün fantastik mövsüm idi. Son 8 ildə titulu eyni komanda qazanırdı, ancaq 2022-ci ildə Red Bull bu seriyanı dayandırdı. Maks əla yarışdı. Bir yerdə 17 qələbə, 5 qələbə dublu ilə əvvəlki rekordlarımızı qırdıq. Bu qələbəlrədn 15-i Maksın aktivinə yazıldı.

Lakin bunu deməliyəm: Mərasim zamanı çoxlu video gördüm. Bunlar fərqli çempionatlara aid idi və əksəriyyətində Red Bull loqotipləri var idi. Mühəndislər Kubokunu avtoidman üçün, Formula1 üçün çoxlu işlər görmüş bir adama həsr edirəm. O, əksər sürücülərə yarışmaq şansı verən Ditrix Mateşiçdir. Bu uğurumuzu ona həsr edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*