M.Ferstappen: Tras sürüşgəndir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Portimao trası çox sürüşgəndir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü hazırda turnir cədvəlində ikinci yerdədir və onu liderdən 1 xal ayırır. 23 yaşlı pilot bugünkü iki sessiyanı da ikinci yerdə tamamlayıb.

Maks Ferstappen: “Hər şey qaydasında idi, amma tras sürüşgən olduğu üçün sürmək çox çətin idi. Vəziyyət hamı üçün eyni olsa da, sürməkdən həzz almırıq. Lakin boliddən razıyam. Sabah üçün görüləcək işlər var.

Vəziyyət keçənilkinə bənzəyir. Düzdür, hazır da təkərlər də dəyişib. Bolidlərin asfaltla ilişməsi də keçən ilə nisbətən xeyli azalıb. Tras da aldadıcıdır. Bu, pisdir, çünki hər şey təkərləri hazırlamaqdan, qızdırmaqdan asılıdır. Amma əvvəl də dediyim kimi, vəziyyət hamı üçün eynidir. Tempimiz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*