13 Dekabr 2018, Cümə axşamı - 18:15

C.Palmer: “Rikkardo ötmə sənətini asanmış kimi göstərir”

C.Palmer: “Rikkardo ötmə sənətini asanmış kimi göstərir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:22 - 19 Aprel, 2018

Sabiq Formula1 sürücüsü Colion Palmer bildirib ki, Daniel Rikkardo ötmə etməkdə ən güclü sürücülərdəndir

F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində təhlükəsizlik maşını rejimindən sonra 6-cı yerdə olsa da, mükəmməl ötmələr edərək, yarışı qazana bilmişdi.

Colion Palmer: “Rikkardo Çin yarışında təhlükəsizlik maşını rejimindən sonra mükəmməl işlər gördü. Strategiyanın da köməyi ilə gözəl bir qələbə qazandı. Sözün açığı ötmə sənətini trasda asanmış kimi göstərmək hər adamın işi deyil, amma Daniel ötmə edərkən çətinlik çəkmirmiş kimi görünür. Məncə, hücum edəcəyi ana çox yaxşı hazırlaşır və vacib məqam budur. Əgər hücum etməyə tələssəniz, öndəki rəqibiniz müdafiə üçün daha tez reaksiya verəcək və ötmənin qarşısını alacaq. Rikkardo isə əylənmə zonasında etdiyi cəsarətli hücumlarla rəqiblərinə heç bir fürsət vermir. Həmiltona çox gözəl hücum etdi. Təkərlərə yaxşı nəzarət etdi və bir dəfə də bloklamadı. Yoxsa Ferstappenlə eyni problemi yaşaya bilərdilər. Ötməyə qərar verirsinizsə, bunu dəyişdirmək mümkünsüzdür. O sürətlə gedəkən ağlınızda şübhə olsa, qəza edə bilərsiniz. Rikkardo isə çox qərarlıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 152
Teqlər , , , ,
Paylaş

logo