D.Rikkardo Ferrari xəbərlərini təkzib edib

Red Bull komandasının sürücüsü Daniel Rikkardo son günlərdə haqqında Ferrari ilə müqavilə bağlaması barədə yayılan xəbərləri təkzib edib.

F-1.az xatırladır ki, İtaliya mətbuatında çıxan xəbərlərdə Rikkardonun yanvar ayında Ferrari ilə müqavilə bağladığı yazılmışdı. Amma avstraliyalı sürücü bu xəbəri təkzib edib: “Çıxan xəbərləri eşitdim, amma bunlar reallığı əks etdirmir. Ferrari ilə heç nə imzalamamışam. Hazırda komandamda xoşbəxtəm və bu dedi-qodularla maraqlanmıram. Növbədə çox yarış var və işlər istədiyimiz kimi getmir. Tezliklə, bolidi təkmilləşdirib yenidən rəqabətədavamlı olmalıyıq. Əks halda öndəki komandalar fərqi artıra bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*