Vassyör sürücülərini hörmətsizlikdə ittiham edib

Mexiko Qran Prisi ərəfəsində Ferrari-də Lyuis Həmiltonun poul mövqeyindən, Şarl Leklerin isə üçüncü yerdən start alacağını nəzərə alaraq, komandada yarışda qələbəyə ciddi ümid bəsləyiblər.

Lakin ilk dövrədə Scuderia-nın sürücüləri öz aralarında mövqe uğrunda amansız mübarizə aparıblar və bu qarşıdurma ilk dövrənin dördüncü döngədə kulminasiya nöqtəsinə çatıb – hər ikisi trasdan kənara çıxıb, bundan istifadə edən Maks Ferstappen Həmiltonu geridə qoyub, daha sonra isə Şarl Lekler 5 saniyəlik cəza alıb və liderliyi itirib.

Finişdən sonra Həmilton komanda yoldaşını əldən verilmiş qələbədə ittiham edib, amma komandanın rəhbəri Frederik Vassyör hər iki sürücünü tənqid edib.

“Bunu qəbul etmək mənim üçün çətindir, çünki düzü, baş verənləri hörmətsizlik sayıram, – deyə Frederik Vassyör Fransanın Canal+ telekanalının efirində bildirib. – Bu, brendə qarşı hörmətsizlikdir, burada çalışan bütün insanlara və bizim səylərimizə qarşı hörmətsizlikdir. Biz maşının sürəti baxımından həqiqi irəliləyişə nail olmuşuq, buna görə də komandanın qələbəni məhz bu cür əldən verməsi mənim üçün çox ağırdır”.

Vassyördən Şarl Leklerin əldən verilmiş qələbədə günahkar olub-olmadığını soruşduqda, o belə cavab verib: “Xeyr, xeyr. Mən heç kimin adını çəkməyəcəyəm. Hər ikisi ilə danışmaq istəyirəm. Lyuisdə trasdan xeyli geniş çıxıb.

Yadda saxlamalıyıq ki, biz bir brendi təmsil edirik, sponsorları təmsil edirik. Komandada 2 min nəfər çalışır və bizim sürücülər sadəcə yarışmaq üçün yarışmırlar, onlar bütün komandanı təmsil edirlər”.

, ,