L.Həmilton: “Yarışdan həzz almağa çalışacam”

Yarışa pit yolundan başlamağa hazırlaşan Lyuis Həmilton əyləncəli yarış gözləyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunun əvvəlində qəza edərək, nəticə göstərə bilməmişdi.

Lyuis Həmilton: “Hər şey çox sürətlə reallaşdı və bunun səbəbini bilmirəm. Bəxtimiz gətirmədi və bu cür hallar baş verə bilir. Artıq əlimizdən heç nə gəlmir. Bu idmanda çətinliklər də var və bunu bilirik. Vacib olan ən yaxşı mübarizə aparmaqdır. Bütün neqativlərə baxmayaraq, mən hadisəyə yaxşı tərəfdən baxmaq istəyirəm. Bacardığım qədər yüksəlməyə çalışacam. Yarışdan həzz almaq istəyirəm. Ümid edirəm ki, yarışda problem yaşamarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*