T.Volff: Builki bolidi bazanın girişinə qoyacam

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, builki bolidlərini bazanın girişinə qoyacaqlar.

F-1.az xatırladır ki, 2022-ci il Mercedes üçün çətin keçib və sadəcə 1 yarışda qələbə qazana biliblər.

Toto Volff: “Mövsümün bizim üçün necə çətin keçdiyini xatırlamaq üçün builki bolidi bazanın girişinə qoyacam. Bu il xarakter olaraq inkişaf etdik. Komandanın inkişafı ilə qürur duyuram.

Şassi cəhətdən problemlər yaşadıq, amma yaxşı xatirələrimiz də oldu. İndi isə növbəti mövsüm barədə düşünürük”.

,