E.Cordan: “Həmilton Ferrari-yə gedəcək”

Məşhur Formula1 şərhçisi Eddi Cordan bildirib ki, Lyuis Həmilton 2020-ci ilin sonunda Mercedes-dən ayrılaraq Ferrari-yə keçəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə olan müqaviləsi 2020-ci ilin sonunda bitəcək.

Eddi Cordan: “Gələn ilin sonunda Lyuisin Ferrari-yə keçməsi üçün doğru an olacaq. Artıq təqaüdə çıxmasına a qalıb. Amma o, yeddi və ya daha çox Dünya Çempionluğu titulu qazanmaq istəyir. Toto Volffun da Mercedes-lə müqaviləsi gələn ilin sonunda bitəcək. Buna görə də Həmilton Ferrari-yə keçə bilər. Lyuis bilir ki, Mercedes hələ də Formula1-lə bağlı son qərarı verməyib. Həmişə Totonun müqaviləsindən danışır və hələ heç bir sürücü komanda rəhbəri barədə belə danışmayıb. Lyuis Ferrari-yə bir şərtlə gedər – onu Leklerin təzyiqindən qorumalıdırlar. Yəni ki, Ferrari həm də Totonu transfer etməlidir.

Əminəm ki, 2021-ci ildə həm Toto, həm də Lyuis Ferrari-yə keçəcəklər. Bəs Ferrari-nin iki nəfər birinci pilota ehtiyacı var? Təbii ki, yox, ancaq Leklerin getməyinə də icazə verməyəcəklər. Əgər Şarl eyni maşında Lyuisi də məğlub etsə, onun karyerası üçün müsbət hal olacaq.

Fettel isə 2020-ci ilin sonunda karyerasını bitirəcək. Red Bull-a qayıtmaz, çünki Ferstappen onu məhv edər. Ancaq Mercedes Formula1-də qalsa, Fettel ora gedə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*