14 Dekabr 2018, Cümə - 09:41

N.Rosberq: “Həmilton mübarizə aparacaq”

N.Rosberq: “Həmilton mübarizə aparacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

22:53 - 14 Aprel, 2016

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Lyuis Həmiltonun cəza almasına baxmayaraq, yarışda Lyuis qələbə uğrunda mübarizə aparacaq…

F-1.az xəbər verir ki, Niko Rosberq mətbuat konfransında bildirib ki, Həmiltonun “Rosberq üçün asan yarış olacaq” sözləti ilə razı deyil və əlavə edib ki, Ferrari-lər və Həmilton qələbə uğrunda mübarizə aparacaqlar…

Niko Rosberq: “Həmiltonun cəza aldığını eşitdim. Ancaq bu mənim həftəsonuna olan yanaşmamı dəyişdirməyəcək, çünki Lyuis 6-cı yerdən start alsa belə, qələbə qazanmaq şansı çoxdur.

Mən bütün diqqətimi toplamışam və heç bir şeyə görə arxayın deyiləm, çünki təkcə Həmiltonla yox, eyni zamanda Ferrari sürücüləri ilə də mübarizə aparmalı olacam.

Onları hesabdan silmək olmaz, çünki yaxşı nəticə göstərmək istəyəcəklər. Onlar mövsümün ilk iki yarışında istədikləri performansı göstərə bilmədilər.

Buna görə də yarışa fokuslanmışam və hər cür mübarizəyə hazıram”.

Rosberq bildirib ki, mövsümdə 2 ardıcıl qələbədən sonra eyforiya hissinə qapılmır: “Bu il  Formula1 mövsümü çox uzundur və biz hələ cəmi 2 yarışı geridə buraxmışıq. Özümü boş buraxmaq fikrim yoxdur, çünki hələ mövsümün əvvəlindəyik.

İlk iki yarışın nəticəsindən razıyam, amma hamımız Həmiltonun nə qədər sürətli olduğunu yaxşı bilirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 355
Teqlər , , ,
Paylaş

logo