Ferrari təkər testlərinin ilk gününü başa vurub

Çərşənbə axşamı İmolada Ferrari komandası Pirelli testlərində ilk günü işləyib, 2027-ci il mövsümü üçün hazırlanmış təkər prototiplərini sınaqdan keçirib.

İtaliyadakı trasda Scuderia-nın əsas sürücüləri işləyiblər. Səhər bolidin sükanı arxasına Lyuis Həmilton keçib, günün ikinci yarısında isə onu Şarl Lekler əvəz edib. Lyuis öz proqramı çərçivəsində 64 dövrə vurub və ən yaxşı nəticəsi 1:19.485 olub. Şarl isə 63 dövrə qət edib və ən yaxşı vaxtı 1:18.831 olub.

Çərşənbə günü təkər testləri iki komandanın iştirakı ilə davam edəcək. Ferrari komandasında bolidin sükanı arxasına Antonio Covinazzi keçəcək, Racing Bulls-un heyətində isə günü növbə ilə Arvid Lindblad və Liam Louson keçirəcəklər.

, , ,