07 Dekabr 2019, Şənbə - 07:52

L.Həmilton: “Çempion olub-olmayacağımı zaman göstərəcək”

L.Həmilton: “Çempion olub-olmayacağımı zaman göstərəcək”

Müəllif: Elçin Zodorov, redaktor

09:04 - 29 Sentyabr, 2016

Çempionatda Niko Rosberqdən 8 xal geri qalan britaniyalı sürücü ardıcıl 3-cü dəfə çempion olacağına əmin olmadığını bildirib.

F-1.az xatırladır ki, Lyuis Həmilton mövsümün əvvəlində kifayət qədər problemlərlə üzləşmiş, Belçikada motor dəyişdirərək yarışa son yerlərdən başlamışdı. Nikonun Belçikadan sonra İtaliya və Sinqapurda da qalib gəlməsi çempionatdakı vəziyyəti xeyli dəyişdirib. Yay fasiləsinə qədər hər kəs Lyuisin çempion olacağına əmin idisə də, indi Nikonun şansını yüksək qiymətləndirənlər də az deyil.

Lyuis Həmilton: “Bu il çempion kim olacaq? Bunu zaman göstərəcək. Keçən illərdəkilərlə müqayisədə xeyli qəribə hadisələrlə qarşılaşdım. Səbəbini bilirəm? Xeyr.

Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Əbu Dabi Qran Prisindən sonra mövsümü necə keçirdiyimizə qiymət verə biləcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 415
Teqlər , ,
Paylaş

logo