İspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər

Sessiyanın başlanğıcında asfaltın istiliyi +48 dərəcəyə yüksəlib ki, sıralanma turun və yarış zamanı da belə olacağı gözlənilir. Buna görə də, ikinci məşqləri həftəsonunun ən faydalı sessiyası hesab etmək olar.

F-1.az bildirir ki, komandalar uzun və qısa yürüşlərlə təkərlərin səmərəliliyini yoxlamaq üçün proqramlar hazırlayıblar. Keçən həftəsonu Britaniyada isti havada təkərlər sürətlə aşınmış, üzərlərində qabarcıqlar meydana gəlmişdi. Bu da sürücüləri çətin vəziyyətə salmışdı.

Sürücülər məşqlərə Medium və Hard təkərlə başlayıblar, sonlarda isə Soft-a keçiblər. Sessiya sakit keçib. Latifi, Elbon və Bottas trasdan çıxsalar da, yollarına davam edə biliblər. Son dəqiqələrdə isə Qrojan motorun güc itirməsindən şikayət edərək boksa qayıdıb.

Səhər olduğu kimi, Mercedes sürücüləri yenə də fərqləniblər, lakin bu dəfə üstün tərəf Həmilton olub – 1:16.883. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:16.883 37
2 77 Valtteri Bottas Mercedes AMG 1:17.170 + 0:00.287 38
3 33 Maks Ferstappen Red Bull 1:17.704 + 0:00.821 33
4 3 Daniel Rikkardo Renault 1:17.868 + 0:00.985 34
5 8 Roman Qrojan Haas 1:18.133 + 0:01.250 29
6 16 Şarl Lekler Ferrari 1:18.147 + 0:01.264 35
7 55 Karlos Sayns McLaren 1:18.214 + 0:01.331 33
8 11 Serxio Peres Racing Point 1:18.293 + 0:01.410 39
9 31 Esteban Okon Renault 1:18.303 + 0:01.420 40
10 10 Pyer Qasli AlphaTauri 1:18.312 + 0:01.429 40
11 18 Ləns Stroll Racing Point 1:18.357 + 0:01.474 39
12 5 Sebastyan Fettel Ferrari 1:18.404 + 0:01.521 36
13 23 Aleksander Elbon Red Bull 1:18.491 + 0:01.608 35
14 4 Lando Norris McLaren 1:18.506 + 0:01.623 38
15 26 Daniil Kvyat AlphaTauri 1:18.642 + 0:01.759 39
16 20 Kevin Maqnussen Haas 1:18.761 + 0:01.878 36
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:18.900 + 0:02.017 42
18 99 Antonio Covinatsi Alfa Romeo 1:18.964 + 0:02.081 40
19 6 Nikolas Latifi Williams 1:19.155 + 0:02.272 32
20 63 Corc Rassel Williams 1:19.391 + 0:02.508 38
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*