Lyuis Həmilton: “Bu tribunaların enerjisi xoşuma gəlir. Bizi belə möhtəşəm qarşıladığı üçün Malayziyaya böyük təşəkkür edirəm.
Burada hava çox istidir və bu istilik təkərlər, maşın və boksdakı mexaniklər üçün əsl sınağa çevrilib. Məşqlər ərzində çoxlu dəyişikliklər edib. Maşın sürüşəndə və təkərlər həddən artıq qızanda optimal balansı tapmaq çətin olur, amma sıralanma turundan az əvvəl etdiyimiz son düzəlişlər demək olar ki, ideal variantı tapmağa imkan verib.
Nəticədə bütün həftəsonu burada çox sürətli olan Maksdan geri qalmanı iki-üç onda saniyəyədək azaltmaq mümkün olub – bu, əladır. İnanmaq istəyirəm ki, balansımız yaxşıdır. Maks uzun seriyalarda çox sürətli idi, sabah məsafəboyu ondan geri qalmamaq üçün əlimdən gələni edəcəyəm”.
İndi maşının davranışından qat-qat daha çox razıyam, amma sabah hər şey fərqli olacaq. Bu təkərləri finişədək çatdırmaq asan olmayacaq – onlar elə ilk dövrədən həddən artıq qızır. Hər xırda yerində fırlanma, hər kiçik dartınma neçə dövrə gedə biləcəyinə təsir edir”.





