S.Fettel: “Qəhrəman deyiləm”

Sebastyan Fettel dördqat Dünya Çempionu olmasına baxmayaraq, özünü qəhrəman kimi hiss etmədiyini deyib...

F-1.az xatırladır ki, üçqat Dünya Çempionu Lyuis Həmilton “Superstar” adlandırılır, amma Fettel nə İnstagram, nə Facebook, nə də ki, Twitter istifadə etmir.

Sebastyan Fettel: “Mən də hamı kimi normal adamam. Mən digərlərindən yaxşı deyiləm. Sadəcə onlardan sürətliyəm. Mən heç kimin həyatını xilas etmirəm, ona görə də mən qəhrəman deyiləm.

Müasir dövrdə sürücülər həmişə şəkil çəkdirir, amma mən belə deyiləm”.

Sebastyan Fettel hazırkı qaydalar barədə də fikirlərini bildirib: “Bolidlər sürücülər üçün daha əlverişli olub, amma bu fanları maraqlandırmır və ya onları həyəcanladırmır. Biz çalışmalıyıq ki, Formula1 ruhunu itirməsin”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*