C.Stüart: “Fettel Həmiltondan inamlıdır”

Formula1 üzrə 3 qat Dünya Çempionu Ceki Stüart düşünür ki, Fettelin çempionluq şansları Həmiltona nisbətən daha yüksəkdir.

F-1.az xatırladır ki, Fettel bu mövsüm ilk 6 yarışın yarısında qalib gələrək, ən yaxın rəqibi Lyuis Həmiktonu 25 xal qabaqlayır.

Ceki Stüart: “Sebastyan bu cür vəziyyətlərdə daha sakitdir və təcrübəlidir. Lyuis üçün bu il geridönüş etmək çox çətin olacaq, çünki qarşısında uğura ac olan Fettel var. Altında güclü bolid olduğu halda, bu fərqi əldən verməyəcək. Almaniyalı sürücü zəif bolidi olanda tez motivasiyadan düşür, lakin güclü bolidi olanda onu saxlamaq çətindir. Lyuisdən daha inamlı sürücüdür və çox az səhv edir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*