L.Həmilton: Təqaüdə çıxmayacam

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təqaüdə çıxmayacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası Mercedes-lə müqaviləsi ilin sonunda bitəcək. Karyerasına 2007-ci ildə başlayan və yarışdığı 17 mövsümdə 7 Dünya Çempionu titulu qazanan Lyuisin ilin sonunda idmandan gedəcəyi dedi-qoduları artıb.

Lyuis Həmilton: “Yaxın zamanlarda təqaüdə çıxmaq planım yoxdur. Karyeramın sonuna gəlməmişəm. Həyatımın ən yaxşı dövrlərindəyəm. Hər şey özünüzü fiziki və zehni cəhətdən yaxşı hazırlamanızdan asılıdır.

Lebron Ceymsə, Tom Brediyə baxın. Onlar göstərir ki, işinizə köklənsəniz, həmişə ideal formada olacaqsınız.

Həyatımda dəyişiklil etməyi planlaşdırmıram. Motivasiyamı artırmaq və daha yaxşı olmaq istəyirəm”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*